Rusiya ordusu bir gün ərzində Ukraynaya həyata keçirdiyi hücumlarda 8 nəfər həyatını itirib, 44 nəfər isə yaralanıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukraynanın Donetsk Əyalət Administrasiyasının rəhbəri Vadim Filaşkin açıqlayıb.
Hücumlarda 3 mülki vətəndaşın həyatını itirdiyini, 3-ü uşaq olmaqla 14 mülki vətəndaşın yaralandığını qeyd edilib.
Ukrayna Baş Qərargahından verilən açıqlamada, Ukrayna ordusunun Rusiya ordusuna məxsus 21 tank, 48 zirehli texnika, 58 silah, 2 hava hücumundan müdafiə sistemi, 85 pilotsuz uçuş aparatı, 60 avtomobil və xüsusi texnikanı məhv etdiyi bildirilib.
Açıqlamada Rusiya ordusunun ötən gün Ukrayna hərbçilərinin mövqelərinə və yaşayış məntəqələrinə 8 raket, 96 idarə olunan bomba və 71 hava hücumu təşkil etdiyi, eyni zamanda rusların da 32 "Şahed” tipli pilotsuz uçuş aparatı ilə Ukraynaya hücum etdiyi qeyd edilib.
Bu PUA-lardan 24-ü vurularaq məhv edilib.
Mikayıl