Rusiya Ukraynaya pilotsuz təyyarələrlə hücum edib: ölənlər var

Rusiya Ukraynaya pilotsuz təyyarələrlə hücum edib: ölənlər var
DÜNYA
11:12 01.05.2025
137
Rusiyaya məxsus pilotsuz uçuş aparatı (PUA) Ukraynanın Odessa şəhərinə hücumu edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, nəticədə 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
 
Rusiya Ukraynanın liman şəhərini hədəfə alıb. Odessa vilayətinin qubernatoru Oleh Kiper verdiyi açıqlamada, hücumun infrastruktura zərər verdiyini bildirərək əlavə edib:
 
"Düşmən hücumu nəticəsində yaşayış binaları, fərdi yaşayış evləri, supermarket, məktəb və avtomobillərə ziyan dəyib. Bəzi yerlərdə yanğınlar başlayıb və xilasetmə qruplarımız tərəfindən söndürülür".
 
Ukraynanın dövlət dəmir yolu şirkəti Ukrzaliznytsia gecədə baş verən hücumun həmçinin dəmir yolu xətlərinə, elektrik ötürücü şəbəkəsinə və üç yük vaqonuna ziyan dəydiyini bildirib.
 
Oksana
 
OXŞAR XƏBƏRLƏR