ABŞ Rusiyaya qarşı sanksiyalarını günü-gündən artırır.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın maliyyə naziri Canet Yellen ölkəsinin Rusiyanın qatıldığı G20 toplantılarında iştirak etməyəcəyini bəyan edib. Bu qərarı isə G20-dəki həmkarlarına açıq şəkildə ifadə etdiyini bildirib:
"Prezident Bayden açıq şəkildə bildirdi ki, Rusiya üçün heç bir maliyyə qurumunda işlər həmişəki kimi ola bilməz və mən onunla tamamilə razıyam. O, Rusiyanın G20-dən çıxmasını istəyirdi və mən İndoneziyadakı həmkarlarıma açıq bir şəkildə "ruslar orada olacaqsa, biz bu görüşdə iştirak etməyəcik" dedim".
Ayşən Mirzəyeva