Rusiya vaxt verdi: Bu ölkəyə təbii qaz axını kəsiləcək

DÜNYA
11:58 29.12.2024
207
Rusiyanın "Qazprom” enerji şirkəti Moldovanın borclarını ödəməməsi və müqavilə pozuntuları səbəbindən təbii qaz tədarükünü 1 yanvar 2025-ci il tarixindən etibarən sıfıra endirəcək.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, şirkət bəyan edib ki, bundan əvvəl Moldovaqaz-a ödəniş öhdəliklərini yerinə yetirməməklə müqavilənin şərtlərini pozduğu barədə məlumat verib.

Şirkət əlavə edib ki, bu məhdudiyyət yazılı bildirişlə dəyişdirilənə qədər qüvvədə qalacaq. Bundan əlavə, "Qazprom” müqaviləni ləğv etmək və "Moldovaqaz”dan təzminat tələb etmək hüququnu özündə saxladığını vurğulayıb.

Məlumata görə, 2022-ci ilin sonunda Rusiyanın Ukraynaya hücumları Moldovada elektrik enerjisinin ciddi şəkildə kəsilməsinə səbəb olub. Rusiyanın 2022-ci ildə Ukraynaya tammiqyaslı hücumundan sonra Moldova təbii qazda tamamilə Moskvadan asılı vəziyyətə düşüb.

Dekabrın 13-də Moldova Parlamenti Rusiyanın qış aylarında təbii qaz təchizatını kəsə biləcəyindən narahatlığını ifadə edərək, enerji sektorunda fövqəladə vəziyyət elan edib. 

Qeyd edək ki, Qazprom Rusiyanın və dünyanın ən böyük təbii qaz istehsalçısıdır.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR