Rusiya və ABŞ arasında Ukrayna üzrə məsləhətləşmələrin tarixi məlum olub

Rusiya və ABŞ arasında Ukrayna üzrə məsləhətləşmələrin tarixi məlum olub
DÜNYA
17:14 20.03.2025
216

Rusiya və ABŞ arasında Ukrayna üzrə məsləhətləşmələr martın 24-də Səudiyyə Ərəbistanının paytraxtı Ər-Riyadda keçiriləcək.

Bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts ilə telefon danışığından sonra bildirib.

"Uolts ilə razılaşdıq ki, bu məsələ ilə bağlı ikitərəfli formatda məsləhətləşmələr prezidentlər tərəfindən təyin olunan ekspertlər tərəfindən aparılacaq. Bu məsləhətləşmələr bazar ertəsi, martın 24-də Ər-Riyadda baş tutacaq. Rusiya tərəfdən orada Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidmətinin direktorunun müşaviri Sergey Beseda iştirak edəcəklər”, - Uşakov deyib.

O bildirib ki, ABŞ-nin də nümayəndələri bəllidir, lakin onlarının adlarının amerikalıların özləri tərəfindən açıqlanması daha məntiqli olardı.

Uşakov Uoltsla söhbətinin martın 19-da baş tutduğunu təsdiqləyib.

"Bu dəfə Rusiya və ABŞ prezidentləri arasında razılaşma çərçivəsində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi təşəbbüsünün həyata keçirilməsi perspektivlərinin işlənib hazırlanması üçün iki ölkənin ekspert qruplarının görüşünün keçirilməsini müzakirə etdik”, - Uşakov bildirib. O xatırladıb ki, 2022-ci ilin iyulunda bağlanmış müvafiq sazişlər tam icra olunmayıb.

"Ümid edirik ki, bazar ertəsinə planlaşdırılan məsləhətləşmələr məhsuldar olacaq”, - deyə o, fikrini yekunlaşdırıb.
//report
OXŞAR XƏBƏRLƏR