Rusiya və Belarus idmançıları ilə bağlı yeni qərar

İDMAN
11:48 19.10.2022
269

Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlara buraxılmaması haqda sanksiyaların müddəti uzadılıb.

AZXEBER.COM-un xəbərinə görə, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bildirib ki, Rusiya və Belarus idmançılarının öz bayraqları altında keçirilən yarışlara buraxılmaması ilə bağlı beynəlxalq federasiyalara tövsiyələr hələ də aktualdır. 

Rusiya və Belarus idmançılarının yarışlara buraxılmaması haqda tövsiyələr hələ bu ilin fevralın 28-də Rusiyanın Ukraynaya hərbi hücumundan sonra verilib. Tomas Baxın sözlərinə görə, həmin qərar qüvvədə qalır.

"Rusiya və Belarus idmançılarının heç bir beynəlxalq yarışa buraxılmamasını tövsiyə etmişik. Biz bunu etməliydik" - deyə Bax bildirib.

O bildirib ki, idmançılar siyasətin qurbanı olmamalıdır, amma BOK rəhbəri deyir ki, prezidenti olduğu təşkilatın başqa çarəsi qalmayıb. Bu qərar Ukraynadakı vəziyyətə münasibətindən asılı olmayaraq bütün Rusiya idmançılarına və idman rəsmilərinə şamil edilir.
 

OXŞAR XƏBƏRLƏR