Rusiya və Ermənistan baş nazirlərinin görüşü olacaq

Rusiya və Ermənistan baş nazirlərinin görüşü olacaq
DÜNYA
11:52 05.07.2026
311
Sabah Yekaterinburqda Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Rusiyanın Baş naziri Mixail Mişustinin görüşü keçiriləcək.

Bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 6-da hər iki ölkənin hökumət başçıları Rusiyanın Sverdlovsk vilayətinin paytaxtında keçiriləcək XVI Beynəlxalq Sənaye Sərgisi – "İnnoprom”da iştirak edəcəklər.

Bu, Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra Nikol Paşinyanın Rusiyaya ilk səfəri olacaq.
 
///apa
OXŞAR XƏBƏRLƏR