II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib

II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib
SOSİAL
13:59 05.07.2026
682
II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən AZXEBER.COM-a verilən xəbərə görə, imtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 172 imtahan binası, 3074 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 172 ümumi imtahan rəhbəri, 491 imtahan rəhbəri, 3808 nəzarətçi, 554 buraxılış rejimi əməkdaşı, 172 bina nümayəndəsi cəlb olunub.

İlkin məlumatlara əsasən, 11 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Qayda pozuntularına yol verdiyi üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar ixtisas seçiminə buraxılmırlar.

İmtahanda 41622 abituriyentin iştirakı nəzərdə tutulurdu.

İmtahanda 67 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

Bu gün saat 15:00-da DİM-in "Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.

Abituriyentlər suallarını "Youtube”da olacaq müvafiq yayımın şərh bölməsinə yaza bilərlər.

İyulun 6-dan etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin iki həftədən sonra elan olunması nəzərdə tutulur.

DİM növbəti qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin bir daha nəzərinə çatdırır ki, sənədlərlə (şəxsiyyət vəsiqəsinin əsli və buraxılış vərəqəsi) bağlı diqqətli olsunlar. Bundan əlavə, imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanla Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub
20:32 28.10.2026
Azərbaycanla Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub
Azərbaycan-NATO hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
20:27 28.10.2026
Azərbaycan-NATO hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər
20:21 28.10.2026
Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
20:16 28.10.2026
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Bakıda ICESCO-nun "Sülh kitabı"nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub
20:12 28.10.2026
Bakıda ICESCO-nun "Sülh kitabı"nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
20:05 28.10.2026
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
20:02 28.10.2026
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
20:00 28.10.2026
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
Göygöldə sakinlərlə görüşlər keçirildi - FOTOLAR
19:28 28.10.2026
Göygöldə sakinlərlə görüşlər keçirildi - FOTOLAR
Ədən körfəzində ticarət gəmilərinə xəbərdarlıq
19:20 28.10.2026
Ədən körfəzində ticarət gəmilərinə xəbərdarlıq
AFFA 10 komandaya texniki məğlubiyyət verib
19:08 28.10.2026
AFFA 10 komandaya texniki məğlubiyyət verib
Zelenski: Ukrayna, ABŞ və Rusiyanın üçtərəfli danışıqları baş tuta bilər
18:53 28.10.2026
Zelenski: Ukrayna, ABŞ və Rusiyanın üçtərəfli danışıqları baş tuta bilər
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol
18:42 28.10.2026
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol
"Çelsi" Mateo Kovaçiçi "Mançester Siti"dən geri qaytarmağı planlaşdırır
18:26 28.10.2026
"Çelsi" Mateo Kovaçiçi "Mançester Siti"dən geri qaytarmağı planlaşdırır
Putin Afrika aviaşirkətlərini Rusiyaya uçuşlara başlamağa dəvət edib
18:12 28.10.2026
Putin Afrika aviaşirkətlərini Rusiyaya uçuşlara başlamağa dəvət edib
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb
17:52 28.10.2026
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb