Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 8-də Moskvada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.
AZXEBER.COM xəbər verir ki, məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, tərəflər iki ölkə arasındakı əlaqələri, regiona dair məsələləri müzakirə edəcəklər.