ABŞ BMT-yə İran və Rusiya arasında pilotsuz uçuş aparatı (PUA) mübadiləsinin araşdırılması üçün çağırış edib.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Tomas Qrinfild bəyan edib ki, BMT Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi silahları və Tehranla Moskva arasında pilotsuz uçuş aparatı (PUA) mübadiləsini araşdırmalıdır.
Thomas Qrinfild BMT Baş katibinin Təhlükəsizlik Şurasının iclasında İranın nüvə fəaliyyətləri ilə bağlı açıqladığı hesabatda iki ölkə arasında PUA mübadiləsinə toxunulmamasını tənqid edib.
Sözügedən mübadilənin BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozduğunu müdafiə edən Tomas-Qrinfild bu qərara əsasən, BMT Baş Katibliyinin iki ölkə arasında pilotsuz təyyarələrin mübadiləsini araşdırmaq öhdəliyi olduğunu bildirib.
Şəbnəm Zahir