Rusiya Prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı Qəzza zolağındakı vəziyyəti müzakirə edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Kremldən verilən açıqlamaya görə, Putin və Netanyahu arasında telefon danışığı olub.
Telefon danışığı zamanı Fələstin-İsrail məsələsindəki çətin vəziyyət və xüsusilə Qəzza zolağındakı fəlakətli humanitar vəziyyət müzakirə edilib.
Görüş zamanı Putin bildirib ki, mülki əhalinin əzablarını yüngülləşdirmək və düşmənçilikləri dayandırmaq üçün əlindən gələni etməyə hazırdır.
Görüş zamanı Rusiya vətəndaşlarının və onların ailələrinin təxliyəsi və Qəzzada əsir saxlanılanların azad edilməsi ilə bağlı qarşılıqlı fəaliyyətin davam etdirilməsi üçün qarşılıqlı istək ifadə olunub.
Putin və Netanyahu təmasları davam etdirmək barədə razılığa gəliblər.
İsrailin baş naziri Benyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında Moskva ilə Tehranın yaxınlaşmasına sərt tənqidini bildirib və Rusiyanın BMT-dəki mövqeyindən narazılığını çatdırıb.
Gülay