Rusiya və Ukrayna arasında əsir mübadiləsi olub

Rusiya və Ukrayna arasında əsir mübadiləsi olub
DÜNYA
10:31 08.03.2023
225

Martın 7-də Ukrayna 130 müdafiəçisini əsirlikdən geri qaytarıb.

Bu barədə Ukrayna prezidenti aparatının rəhbəri Andrey Yermak "Telegram” kanalında məlumat verib.

"Daha bir əsir mübadiləsi - 130 adamımızı - 126 müdafiəçi kişi və 4 müdafiəçi qadını vətənə qaytara bildik. Bunlar Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın, sərhədçilərin, Dövlət Mühafizə Xidmətinin hərbçiləridir”, - Yermak bildirib.

Onun sözlərinə görə, keçmiş əsirlər arasında Mariupolun 87 müdafiəçisi var ki, onlardan 71-i "Azovstal”dandır.

"Biz həmçinin Baxmut və Soledar bölgələrində əsir götürülənləri - Donetsk istiqamətindən ümumilikdə 35 nəfəri geri qaytardıq”, - o əlavə edib.

OXŞAR XƏBƏRLƏR