Rusiya və Ukrayna arasında meyit mübadiləsi baş tutub

Rusiya və Ukrayna arasında meyit mübadiləsi baş tutub
DÜNYA
19:57 18.04.2025
869
Rusiya ilə Ukrayna arasında müharibədə həlak olan şəxslərin meyitlərinin mübadiləsi baş tutub.

Bu barədə məkumatı Ukraynanin Hərbi Əsirlərlə Rəftar üzrə Koordinativ Qərargahı özünün "Telegram” kanalında məlumat verib.

Bildirilib ki, Ukrayna 909 hərbçinin meyitini təhvil alıb, 41 nəfərin meyiti isə Rusiya tərəfinə qaytarılıb.

O da qeyd olunub ki, Ukraynaya verilən meyitlər əsasən Kuraxovo, Pokrovsk, Baxmut, Uqledar, Luqansk, Zaporojye, Sumı və Xarkov, bəziləri isə Rusiya ərazisindən götürülüb.

Ukraynaya geri qaytarılan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi prosesinə qısa müddətdə başlanılacağı da açıqlanıb.
OXŞAR XƏBƏRLƏR