Rusiya “WhatsApp”ı cərimələdi

Rusiya “WhatsApp”ı cərimələdi
MARAQLI
14:13 02.06.2023
257
Rusiyada məhkəmə qadağan olunmuş məzmunlu söhbət otağını silmədiyi üçün "WhatsApp”ı 3 milyon rubl (təxminən 37 min dollar) cərimələyib.

AZXEBER.COM xəbər verir ki, paytaxt Moskvada məhkəmədə baxılan davada "WhatsApp” vasitəsi ilə qeyri-qanuni yolla antidepresan satıldığı müəyyən edilib.

Məhkəmə Rusiyanın müvafiq qurumlarının tələbinə baxmayaraq "WhatsApp”ın qrupu silmədiyi üçün şirkətin qanunvericiliyə əməl etmədiyinə qərar verib və məhkəmə "WhatsApp”ı 3 milyon rubl cərimələyib.

Belə ki, "WhatsApp” Rusiyada ilk dəfə qadağan olunmuş məzmunu silmədiyi üçün cərimələnib, halbuki şirkət əvvəllər müxtəlif səbəblərdən cərimələnib.

Ayşən
OXŞAR XƏBƏRLƏR