Rusiya Xarkov vilayətində dinc sakinlərə zərbə endirdi – Ölənlər var

Rusiya Xarkov vilayətində dinc sakinlərə zərbə endirdi – Ölənlər var
DÜNYA
15:06 30.08.2026
207
Rusiya Xarkov vilayətində həlak olan hərbçilərin xatirəsinə keçirilən qaçışın keçirildiyi əraziyə ballistik raketlə zərbə endirib. Hücum nəticəsində 3 nəfər həlak olub.

Polis əməkdaşlarının məlumatına görə, dünən Berestın rayonunun Natalino kəndində hər il keçirilən "Döyüşçülərə hörmət edirəm, Ukrayna qəhrəmanları üçün qaçıram” adlı tədbir təşkil olunub.

Təxminən saat 09:30-da Rusiya "İsgəndər-M” raketi ilə tədbirin keçirildiyi əraziyə zərbə endirib.

Hücum nəticəsində 3 nəfər, o cümlədən bir polis əməkdaşı həlak olub.
 
//Bizim.media
OXŞAR XƏBƏRLƏR