Rusiya Xarkova kütləvi dron hücumu həyata keçirib

Rusiya Xarkova kütləvi dron hücumu həyata keçirib
DÜNYA
09:34 30.05.2025
439
Ukraynanın Xarkov şəhəri gecə saatlarında Rusiya tərəfindən həyata keçirilən kütləvi dron hücumuna məruz qalıb.

Bu barədə Xarkov meri İqor Terexov məlumat yayıb.

Hadisə nəticəsində 9 nəfərin yaralandığı bildirilib, onlardan ikisi uşaqdır.

Dron zərbələri şəhərin Slobodskoe rayonunda yerləşən kommunal müəssisələrdən birinin ərazisinə endirilib.

Müəssisənin əməkdaşı olan bir qadın xəsarət alıb. Zərbənin endirildiyi ərazidə yanğın baş verib, dağıntılarla bağlı məlumatlar dəqiqləşdirilir.
 
/APA

OXŞAR XƏBƏRLƏR