Rusiya Ukraynanın Xerson vilayətinin Berislav rayonunun Burqunka kəndini atəşə tutub.
Bu barədə Xerson Vilayət Hərbi Adminsitrasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində ümumilikdə bir ailənin 3 üzvü həlak olub. Yaralananların sayı isə 4 nəfərdir. Onlardan ikisi 8 və 10 yaşlı uşaqlardır.