Rusiya Xerson şəhərində mənzili vurub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Hücum nəticəsində ölən və yaralananların olmadığı, lakin binaya ciddi ziyan dəydiyi bildirilib.
Açıqlamada bildirilib ki, hücum bu gecə saat 00:45-də baş verib. Rusiya bombardmanında 9 mərtəbəli yaşayış binası hədəfə alınıb.
Hücumdan sonra hadisə yerinə gedən qruplar yanğın səbəbiylə binada sıxışan 2 nəfəri xilas edib, 7 nəfəri təxliyə edib. Ölən və xəsarət alan olmayıb.
9 mərtəbəli yaşayış binasının 5 mərtəbəsinə ciddi ziyan dəydiyi bildirilib.
Mikayıl