Rusiya XİN 10 ABŞ diplomatını arzuolunmaz şəxs elan edib

Rusiya XİN 10 ABŞ diplomatını arzuolunmaz şəxs elan edib
SİYASƏT
21:37 21.04.2021
453
Rusiya XİN ölkədəki ABŞ səfirliyinin 10 əməkdaşını "persona non qrata” elan edib.

TASS xəbər verir ki, müvafiq nota Rusiyadakı ABŞ diplomatik missiyasının rəhbəri Bartl Qormana təqdim olunub.

Arzuolunmaz şəxslərin mayın 21-dək Rusiya ərazisini tərk etməsi tələb olunub.

Qeyd edək ki, Rusiyanın bu addımı aprelin 15-də ABŞ-ın bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalara cavab xarakteri daşıyır.
OXŞAR XƏBƏRLƏR