Rusiya XİN: "3+3" platformasının tamtərkibli təşkilata çevirmək üzərində işləyirik

DÜNYA
18:14 29.11.2024
187
Rusiya Cənubi Qafqaz üzrə "3+3" platformasının tamtərkibli təşkilata çevrilməsi istiqamətində iş aparır.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ikinci "Rusiya-Ermənistan" ictimai forumunda bildirib.

"Regionun bütün ölkələrinin maraqlarının harmonizasiyasında "3+3" regional əməkdaşlıq platformasına mühüm yer ayırırıq. Platformanın Cənubi Qafqazda qarşılıqlı fəaliyyət üzrə tamtərkibli təşkilata çevrilməsi üzərində işləyirik", - nazir müavini qeyd edib.

OXŞAR XƏBƏRLƏR