Rusiya XİN: ABŞ ilə birgə hərbi təlimlər Ermənistanın gələcəyi ilə bağlı narahatlıq yaradır

Rusiya XİN: ABŞ ilə birgə hərbi təlimlər Ermənistanın gələcəyi ilə bağlı narahatlıq yaradır
DÜNYA
19:39 18.07.2024
225
Ermənistanda Vaşinqton və İrəvan arasında keçirilən "Eagle Partners” hərbi təlimləri bu ölkənin gələcəyi ilə bağlı narahatlıq yaradır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə "News.ru”nun sualını cavablandırarkən deyib.

"Bu təlim nəinki təəssüf, həm də Ermənistanın gələcəyi üçün narahatlıq doğurur. Çünki ABŞ və Avropa İttifaqı dəfələrlə belə maxinasiyalar həyata keçiriblər. Yaxşı bilirsiniz ki, bu "qartal tərəfdaşlığı” adlanan işin sonu necədir. İstifadə edildikdən sonra lazımsız əşya kimi kənara atılır”, - o bildirib.
 
///report
OXŞAR XƏBƏRLƏR