Qərb qüvvələrinin səyləri sayəsində Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası mahiyyətcə NATO missiyasına çevrilir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinq zamanı deyib.
"Anti-Rusiya mövqeyində olan dövlətlər isterikanı gücləndirir, onları ölkəmizlə hərbi münaqişəyə hazırlığa çağırır, aşkar iqtisadi problemlər fonunda hərbi-sənaye kompleksinə böyük vəsait yatırırlar. Sadəcə pul qoymur, Ermənistanın hərbi sənaye kompleksinə sərmayə qoymağa çağırırlar”, - deyə bildirib.