"Biz sanksiyaları gözləyirdik”.
AZXEBER.COM xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Əl-Cəzirə telekanalına müsahibəsində deyib.
"Lakin bu tədbirlərin idmançılara və media işçilərinə tətbiq olunacağı bizi təəccübləndirib”, - o bildirib.
Nazir söyləyib ki, Qərb ölkələri Rusiya ilə yeni Avropa təhlükəsizlik arxitekturasının formalaşdırılmasını müzakirə etməkdən imtina ediblər.
Qeyd edək ki, fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatların başlanması barədə əmr verib. Bundan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq ediblər.