Rusiya və Ukrayna arasında görüşlər yüksək səviyyədə hazırlanmalıdır.
AZXEBER.COM xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.
Verşinin Moskvanın Kiyevlə dialoqu davam etdirməyə hazır olduğunu deyib: "Danışıqların üç raundu olub və biz onları davam etdirməyə hazırıq. Yüksək səviyyəli görüşlərə gəlincə, bu cür görüşlərə ciddi hazırlaşmaq lazımdır".
Qeyd edək ki, iyulun 23-də İstanbulda Rusiya və Ukrayna arasında birbaşa danışıqların üçüncü raundu keçirili və tərəflər daha bir hərbi əsir mübadiləsi haqqında razılığa gəliblər.