Rusiya XİN: "İrəvan nümayişkaranə şəkildə Moskva ilə müttəfiqlik əlaqələrini dağıdır"

Rusiya XİN: "İrəvan nümayişkaranə şəkildə Moskva ilə müttəfiqlik əlaqələrini dağıdır"
DÜNYA
15:21 02.11.2023
171
"Ermənistan nümayişkaranə şəkildə Rusiya ilə müttəfiqlik əlaqələrini məhv edir".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

"Təəssüf ki, Ermənistanın hazırkı rəhbərliyi məqsədyönlü və israrla bizim müttəfiqlik münasibətlərimizi məhv edir. Halbuki, bu yaxınlarda müttəfiqlik əlaqələrini Ermənistanda sabitlik və rifah üçün vacib amil adlandırıblar”, - o bildirib.

M.Zaxarova qeyd edib ki, Ermənistan mətbuatında Rusiyaya qarşı güclü aqressiya var: "Ölkəmizə hətta millətçilik həddində olan münasibəti bəslənilir”.
 
///Report
OXŞAR XƏBƏRLƏR