Rusiya XİN NATO-nu ittiham edib

Rusiya XİN NATO-nu ittiham edib
DÜNYA
18:39 30.11.2022
207
"NATO Ukraynadakı vəziyyətin siyasi-diplomatik həllində maraqlı deyil”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Alyans Rusiyanı ittiham etməyə çalışır: "Rusiya öz təqsiri olmadan yaranmış problemlərin həlli yollarını təklif edir. Moskva ərzaq təminatının pozulmasına görə ittiham edilir. Polşaya düşən Ukrayna raketi ilə bağlı insidentə görə Rusiyanın məsuliyyət daşıması cəhdi də açıq görünür”.
OXŞAR XƏBƏRLƏR