Rusiya XİN Polşada ABŞ bazasının açılmasını Vaşinqtonun təxribatçı addımı adlandırıb

Rusiya XİN Polşada ABŞ bazasının açılmasını Vaşinqtonun təxribatçı addımı adlandırıb
SİYASƏT
18:45 21.11.2024
362
"ABŞ-nin Polşada raket hücumundan müdafiə bazasının açılması nüvə təhlükəsi səviyyəsinin artmasına gətirib çıxarır. Bu, Vaşinqtonun təxribat xarakterli addımıdır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu, amerikalıların və onların Şimali Atlantika Alyansındakı müttəfiqlərinin strateji sferada dərin sabitliyi pozan bir sıra fəaliyyətlərində növbəti açıq təxribatçı addımıdır.

"Bu addım NATO-nun hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşdırılması kimi uzunmüddətli dağıdıcı təcrübəyə uyğundur. Bu, obyektiv olaraq strateji sabitliyin pozulmasına gətirib çıxarır və hərbi-siyasi, hərbi-texniki xarakterli digər zərərli tədbirlərlə yanaşı, Rusiyaya və digər nüvə güclərinə güclü təzyiq göstərmək üçün Amerika gücünü ABŞ-nin milli ərazisindən minlərlə kilometr kənara çıxarmaq məqsədi daşıyır. Bu, təbii olaraq strateji risklərin artmasına və nəticədə nüvə təhlükəsinin ümumi səviyyəsinin artmasına gətirib çıxarır”, - Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova əlavə edib ki, Polşada Amerikanın raket hücumundan müdafiə bazasının yaradılması demək olar on ilə yaxındır ki, Rusiyanın təhlükəsizlik narahatlığına tam məhəl qoyulmadan davam edir: "Qərbin bu cür hərbi qurğularından yaranan təhlükə səviyyəsinin xarakterini nəzərə alaraq, Polşadakı raket hücumundan müdafiə bazası çoxdan Rusiya tərəfindən potensial məhv edilməsi üçün prioritet hədəflər siyahısına əlavə edilib və bu, lazım gələrsə, müasir silahların geniş spektri ilə təmin edilə bilər”.
 
///apa
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
22:49 14.03.2026
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
Moskvada mobil internet kəsilib
22:24 14.03.2026
Moskvada mobil internet kəsilib