Rusiya XİN Polşanı təxribat törətməməyə çağırdı

Rusiya XİN Polşanı təxribat törətməməyə çağırdı
DÜNYA
11:19 17.11.2022
142

Rusiya Polşanı təxribat törətməməyə çağırıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Polşanı Ukrayna ilə sərhəddə yerləşən Prjevodov kəndinə raket zərbəsi endirilməsinə görə təxribat törətməməyə çağırıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova verdiyi yazılı açıqlamada Polşanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Yacek Sladevskinin nazirliyə çağırıldığını bildirib.

Zaxarova Polşanı təxribat törətməməyə çağırdıqlarını bildirib:

"Biz Varşavanı Kiyev administrasiyasının təşkil etdiyi təxribatlara qarışmamağa və öz təxribatlarını yaratmamağa çağırdıq”.

Ayşən

OXŞAR XƏBƏRLƏR