Rusiya XİN rəhbəri Qərbi hədələyib

Rusiya XİN rəhbəri Qərbi hədələyib
DÜNYA
21:27 27.09.2025
254
Rusiya hər hansı təcavüz halında NATO və Avropa İttifaqına qarşı qətiyyətli cavab verəcək.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələri zamanı bəyan edib.

"Ölkəmə qarşı istənilən təcavüz qətiyyətli cavabla qarşılanacaq. NATO və Aİ-də elə şəxslər var ki, yalnız seçicilərini Rusiya ilə müharibənin qaçılmazlığına inandırmır, həm də açıq şəkildə ölkəmizin Kalininqrad vilayətinə və digər ərazilərinə hücuma hazırlaşdıqlarını bəyan edirlər. Onlarda bu barədə heç bir şübhə qalmamalıdır", – deyə Lavrov vurğulayıb.
OXŞAR XƏBƏRLƏR