Rusiya XİN: “Taliban”ın terror təşkilatları siyahısından çıxarılmasından hələ söhbət gedə bilməz”

Rusiya XİN: “Taliban”ın terror təşkilatları siyahısından çıxarılmasından hələ söhbət gedə bilməz”
DÜNYA
12:23 16.08.2021
698
Rusiya Xarici İşlər Nazirliyi (XİN) "Taliban” qruplaşmasının hələ terror təşkilatları siyahısından çıxarılmayacağını bildirib.

XİN hələ bundan söhbət gedə bilməyəcəyini vurğulayıb.

"Hələ "Taliban” qruplaşmasının terror təşkilatları siyahısından çıxarılmasından söhbət gedə bilməz. Bunun üçün BMT-nin qərarı ilə prosedurlar olmalıdır”, - deyə bildirilib.

Rusiyanın Əfqanıstandakı səfiri isə səfirliyin əvvəllər Əfqanıstan hərbçiləri tərəfindən qorunduğunu, lakin indi "Taliban” qüvvələrinin onları əvəzlədiyini söyləyib.
 
///Report
OXŞAR XƏBƏRLƏR