Rusiya XİN: Ukraynanın Moskvadakı səfirliyinin binası toxunulmaz qalacaq

Rusiya XİN: Ukraynanın Moskvadakı səfirliyinin binası toxunulmaz qalacaq
DÜNYA
19:10 08.04.2024
149
Ukraynanın Rusiyadakı səfirliyinin binası toxunulmaz qalacaq.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişçuk deyib. Onun sözlərinə görə, Rusiya diplomatik münasibətlər üzrə Vyana Konvensiyasına əməl edəcək və torpaq sahəsinin icarə müqaviləsinə xitam verdikdən sonra belə Ukraynanın Moskvadakı səfirliyinin binası toxunulmaz qalacaq.

Diplomat xatırladıb ki, Ukrayna səfirliyinin binalar kompleksinin yerləşdiyi torpaq sahəsinin icarə müqaviləsi Moskva meriyasının Kiyev Şəhər Şurasının Rusiyanın Ukraynadakı səfirliyinin torpaq sahəsinin icarə müqaviləsinə xitam verilməsi ilə bağlı qərarına cavab olaraq ləğv edilib. "Diplomatiyada qəbul edilən qarşılıqlılıq prinsipi belə işləyir”, deyə o vurğulayıb.

"Torpaq icarəsi müqaviləsinə xitam verilməsi Ukraynanın dövlət mülkiyyətində qalan səfirlik binasının toxunulmazlığına təsir göstərmir. Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına əsasən, diplomatik münasibətlər kəsildiyi halda, qəbul edən dövlət hətta silahlı münaqişə baş verdikdə belə, missiyanın binalarına onun əmlakı və arxivləri ilə birlikdə hörmət etməli və onları qorumalıdır. Bu, eyni dərəcədə Rusiyanın Ukraynadakı diplomatik mülkiyyətinə də aiddir”, deyə Polişçuk əlavə edib

Qeyd edək ki, 2022-ci il fevralın 22-də Rusiya Xarici İşlər Nazirliyi Ukraynadakı nümayəndəliklərinin əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün təxliyə edildiyini açıqlayıb. Rusiya prezidenti Vladimir Putin fevralın 24-də səhər saatlarında Ukraynada xüsusi hərbi əməliyyat başlanması haqqında qərar verib. Elə həmin gün Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyası ilə diplomatik münasibətləri kəsdiyini, Ukrayna Xarici İşlər Nazirliyi isə diplomatların təxliyə edildiyini elan edib. O vaxtdan bəri Ukraynanın Moskvadakı və Rusiyanın Kiyevdəki səfirliklərinin binaları boşdur.
 
///APA
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Leyla və Arzu Əliyevalar İsmayıllıda - FOTOLAR
21:33 11.03.2025
Leyla və Arzu Əliyevalar İsmayıllıda - FOTOLAR
Xankəndi, Xocalı və Ağdərədə bayram tonqalları qalanıb - FOTOLAR
21:27 11.03.2025
Xankəndi, Xocalı və Ağdərədə bayram tonqalları qalanıb - FOTOLAR
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
21:03 11.03.2025
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
20:57 11.03.2025
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
20:54 11.03.2025
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
20:45 11.03.2025
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
20:27 11.03.2025
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
20:14 11.03.2025
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
20:10 11.03.2025
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
20:00 11.03.2025
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
"Banu Günel" in ölüm xəbəri yayıldı
19:51 11.03.2025
"Banu Günel" in ölüm xəbəri yayıldı
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
19:36 11.03.2025
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
19:23 11.03.2025
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
Qadınlar yalanı daha tez hiss edir
19:10 11.03.2025
Qadınlar yalanı daha tez hiss edir