Rusiya XİN Ukraynaya qoşun və silah göndərən ölkələri hədələdi

Rusiya XİN Ukraynaya qoşun və silah göndərən ölkələri hədələdi
DÜNYA
10:52 17.03.2022
327
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-la münasibətlərin hazırkı mərhələsindən danışıb.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, o, bu barədə "Solovyov Live" verilişinin efirində aparıcının sualını cavablandırıb.

"Hazırda bizim müəyyən məsələlərlə bağlı ABŞ-la problemlərimiz var. Moskva Vaşinqtonla fəal danışıqlar aparmır", - XİN rəsmisi bildirib.

M.Zaxarova həmçinin Ukraynaya muzdlu qoşun və silah göndərən ölkələrə xəbərdarlıq edib: "Ukraynaya silah və qoşun göndərilməsi bu ölkənin dünyadakı səfirlikləri vasitəsilə baş tutur. Həmin ölkələr öz əlləri ilə özlərinə təhlükə yaradırlar. Bu, bütün dünya dövlətlərinə aiddir”.
OXŞAR XƏBƏRLƏR