Rusiya XİN Xəzər dənizindəki Ənzəli limanının bombalanmasına münasibət bildirib

Rusiya XİN Xəzər dənizindəki Ənzəli limanının bombalanmasına münasibət bildirib
DÜNYA
15:30 20.03.2026
250

İranın Xəzər dənizindəki Ənzəli limanının bombalanması Rusiyanın və digər Xəzəryanı dövlətlərin iqtisadi maraqlarına təsir göstərir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Rəsmi Moskva bu hərəkətlərin Xəzəryanı dövlətləri hərbi münaqişəyə cəlb etmək riskini yaratdığını bəyan edib.

Rusiya XİN Yaxın Şərqdə hərbi əməliyyatların dərhal dayandırılması və siyasi nizamlanma səylərinin bərpası üçün qətiyyətli çağırışını təkrarlayıb.
//apa
OXŞAR XƏBƏRLƏR