Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır

Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
DÜNYA
18:30 25.06.2025
316
Rusiya Yaxın Şərq və Asiyanın bir sıra ölkələri ilə vizaların ləğvinə hazırlaşır.

Bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib.

Onun sözlərinə görə, eyni zamanda, vətəndaşları üçün elektron vizanın əlçatan olduğu dövlətlərin siyahısı genişləndirilir və onun təkrar istifadə imkanı nəzərdən keçirilir.

"Apreldə Omanla vizaların ləğvi haqqında saziş imzaladıq. Sıradakı ölkələr İordaniya, Myanma, Bəhreyn, eləcə də Yaxın Şərq və Asiyanın bir sıra digər ölkələridir", - Reşetnikov qeyd edib.
 
///report
OXŞAR XƏBƏRLƏR