Rusiya yenidən Ukraynaya raket zərbəsi endirir

Rusiya yenidən Ukraynaya raket zərbəsi endirir
DÜNYA
16:32 05.12.2022
231
Rusiya yenidən Ukraynaya raket zərbəsi endirib.
 
AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, Rusiya bu gün səhər saatlarından etibarən Ukraynaya raket zərbələri endirir.
 
Məlumata görə, Ukraynanın hava hücumundan müdafiə sistemi bir neçə istiqamətdə hücumları dəf etməyə çalışır. 
 
Ukrayna Hərbi Hava Qüvvələrinin sözcüsü Yuri İqnat  Rusiyanın strateji bombardmançı təyyarələrinin artıq havaya qalxdığını, raketlərin ilk dalğasının buraxıldığını bildirib. O, həmçinin xəbərdarlıq edib ki, ruslar onları dağıtmaq və Ukraynanın hava hücumundan müdafiəsini çaşdırmaq üçün dalğalar şəklində raketlər buraxa bilərlər. İqnat həmçinin vurğuladı ki, Rusiya Federasiyası, ilk növbədə, mühüm infrastruktur obyektlərini hədəfə almaqda davam edir.
 
Mikayıl
 
 
OXŞAR XƏBƏRLƏR