Rusiya yenidən yay vaxtı rejimini tətbiq edir

Rusiya yenidən yay vaxtı rejimini tətbiq edir
DÜNYA
18:30 21.06.2023
255
Yay vaxtı-na keçidin qaytarılması haqqında qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim edilib.

Bu barədə Dumanın Kommunist fraksiyasındna olan deputatı Mixail Matveev Telegram kanalında yazıb.

Qanun layihəsində saatların martdan oktyabr ayına qədər bir saat önə çəkilməsi nəzərdə tutulur.

"Yay vaxtının qaytarılması haqqında qanun layihəsini deputatlar Mixail Matveyev (Samara), Oleq Mixaylov (Komi) və Olqa Alimova (Saratov) Dövlət Dumasına təqdim ediblər”, - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, təşəbbüs ona görə lazımdır ki, göstərilən müddətdə sübh və qaranlıq çağları bir saat sonra düşsün.

Qeyd edək ki, yay vaxtı SSRİ-də tətbiq edilib və Rusiyada 2012-ci ilə qədər tətbiq olunub.

"2014-cü ildən bəri Rusiya daimi qış vaxtında yaşayır, buna görə də əksər regionlarda gündüz saatlarının itkisi ildə 200 saatı ötür", - deyə deputat Matveev bildirib.

Qanun layihəsinə verilən izahat qeydində o da bildirilib ki, yay vaxtına keçidin tətbiqi "əhalinin səmərəli istifadə etdiyi gündüz saatlarını” artırmaqla yanaşı, qəzaların sayının azalmasına, vətəndaşların küçələrdə təhlükəsizliyinin yaxşılaşdırılmasına və həm də kənd təsərrüfatı və tikinti işlərini asanlaşdıracaq.
 
///Apa
OXŞAR XƏBƏRLƏR