Rusiyada 113 min nəfər Gürcüstana qaçdı - Səfərbərlik qorxusu

Rusiyada 113 min nəfər Gürcüstana qaçdı - Səfərbərlik qorxusu
DÜNYA
19:23 28.08.2026
203
Rusiyada mümkün yeni səfərbərliklə bağlı yayılan şayiələr fonunda 113 mindən çox Rusiya vətəndaşı bir həftə ərzində Gürcüstana gedib.

2022-ci ilin payızında Rusiya Prezidenti Vladimir Putinin səfərbərlik elan etməsindən sonra ölkəni kütləvi şəkildə tərk edən rusiyalılar bu dəfə mümkün səfərbərliklə bağlı xəbərlər fonunda hadisələri gözləmədən ölkədən çıxmağa başlayıblar.

Rusiya rəsmilərinin dəfələrlə yeni səfərbərliyin planlaşdırılmadığını bildirməsinə baxmayaraq, bir çox rusiyalının əvvəlki təcrübəni nəzərə alaraq ölkəni qabaqcadan tərk etdiyi bildirilir.

"Politico”nun məlumatına görə, ötən həftə təxminən 113 min Rusiya vətəndaşı Gürcüstan istiqamətində "Yuxarı Lars” sərhəd-keçid məntəqəsindən keçib. Gürcüstan Rusiyadan quru yolla vizasız getməyin mümkün olduğu azsaylı ölkələrdən biridir.

Avqustun 20-də isə sərhəd-keçid məntəqəsindən 20 mindən çox insan keçib. Rusiya Federal Gömrük Xidməti həmin göstəricinin əvvəlki illərlə müqayisədə "əhəmiyyətli dərəcədə yüksək” olduğunu açıqlayıb.

Həmin gün Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, səfərbərlik "planlaşdırılmır və gözlənilmir”.

Qeyd edək ki, Nebenzya daha əvvəl də Ukraynaya müdaxilə ilə bağlı Qərbin xəbərdarlıqlarını təkzib edib. Belə ki, 31 yanvar 2022-ci ildə o, Qərb ölkələrinin Rusiyanın Ukraynaya hücuma hazırlaşması ilə bağlı açıqlamalarını "əsassız və təxribat xarakterli” adlandırmışdı.
 
///Modern.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA
21:28 28.08.2026
Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA
Bakı istintaq təcridxanasına ayaqqabıda mobil telefon keçirmək cəhdinin qarşısı alınıb - FOTO
21:19 28.08.2026
Bakı istintaq təcridxanasına ayaqqabıda mobil telefon keçirmək cəhdinin qarşısı alınıb - FOTO
Eldar Hacıbalayevin həyat yoldaşı da işdən azad olundu - FOTO
21:15 28.08.2026
Eldar Hacıbalayevin həyat yoldaşı da işdən azad olundu - FOTO
Keçmiş sevgilisini öldürməyə cəhd edən şəxs həbs olundu: "Mismarla gözünü çıxarmaq istəyirdim
21:12 28.08.2026
Keçmiş sevgilisini öldürməyə cəhd edən şəxs həbs olundu: "Mismarla gözünü çıxarmaq istəyirdim
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
20:58 28.08.2026
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Yavər Abbasova yüksək vəzifə verildi
20:46 28.08.2026
Yavər Abbasova yüksək vəzifə verildi
Gözü yüksəklərdə olan sinif... - 11a-nın 13-ü
20:42 28.08.2026
Gözü yüksəklərdə olan sinif... - 11a-nın 13-ü
600-dən çox bal toplayıb kənarda qalanlara - DİM sədrindən şad xəbər
20:32 28.08.2026
600-dən çox bal toplayıb kənarda qalanlara - DİM sədrindən şad xəbər
Autizmli uşağını bağçaya qoyub qayıdırdı: Dəhşətli qəzanın DETALLARI
20:24 28.08.2026
Autizmli uşağını bağçaya qoyub qayıdırdı: Dəhşətli qəzanın DETALLARI
Yeni sədr müavinləri kimdir? - DOSYE
20:16 28.08.2026
Yeni sədr müavinləri kimdir? - DOSYE
Azərbaycan Polşaya etiraz etdi: Səfir XİN-ə çağırıldı
20:01 28.08.2026
Azərbaycan Polşaya etiraz etdi: Səfir XİN-ə çağırıldı
"British School in Baku"da təhsilin rəqəmsallaşmasında yeni addım!
20:00 28.08.2026
"British School in Baku"da təhsilin rəqəmsallaşmasında yeni addım!
"Əhmədli" stansiyasında sərnişin qatar yoluna düşdü
19:50 28.08.2026
"Əhmədli" stansiyasında sərnişin qatar yoluna düşdü
Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edib
19:38 28.08.2026
Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edib
Rusiyada 113 min nəfər Gürcüstana qaçdı - Səfərbərlik qorxusu
19:23 28.08.2026
Rusiyada 113 min nəfər Gürcüstana qaçdı - Səfərbərlik qorxusu
Komor hökuməti Lekornyunun Mayottadakı bəyanatlarını pisləyib
19:14 28.08.2026
Komor hökuməti Lekornyunun Mayottadakı bəyanatlarını pisləyib