Rusiyada altı hava limanında təhlükəsizliyin təmin edilməsi məqsədilə uçuşlar dayandırılıb

Rusiyada altı hava limanında təhlükəsizliyin təmin edilməsi məqsədilə uçuşlar dayandırılıb
SOSİAL
10:48 09.08.2025
131
Rusiyada Vladiqafqaz, Kazan, Kaluqa, Nijnekamsk, Saratov və Ulyanovsk hava limanları müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir.

AZXEBER.COM "İnterfaks”a istinadən xəbər verir ki, bu barədə şənbə günü Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

"Təyyarələrin qəbulu və göndərilməsinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - məlumatda deyilir.

Qeyd olunur ki, məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün zəruridir.
 
 
///"Report”
OXŞAR XƏBƏRLƏR