Rusiyada azərbaycanlı polisin rüşvət tələbinə etiraz edərək özünü yandırdı

Rusiyada azərbaycanlı polisin rüşvət tələbinə etiraz edərək özünü yandırdı
SOSİAL
18:58 03.12.2017
871
Rusiyada ticarətlə məşğul olan azərbaycanlı polisin ondan rüşvət tələb etməsinə etiraz əlaməti olaraq özünü yandırıb.
 
AZXEBER.COM report.az-a istinadən bildirir ki, hadisə Moskva ətrafındakı Korolyov şəhərində, Qrabina küçəsində baş verib.
 
Yaralı xəstəxanaya yerləşdirilib.
 
"MK" agentliyi həmin şəxsin Moskva ətrafında meyvə-tərəvəz satışı üçün çadır açan Rövşən Allahverdiyev olduğunu xəbər verib. Faktla bağlı cinayət işi açılıb.
 
Hadisə ilə əlaqədar 1 polis əməkdaşı saxlanılıb və ona qarşı ittiham irəli sürülərək həbs edilib. İstintaq cinayətin baş verməsinə səbəb olmuş digər polis əməkdaşlarının da kimliyini araşdırır.
 
Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları R.Allahverdiyevdən xeyli miqdarda rüşvət tələb ediblər.
OXŞAR XƏBƏRLƏR