Rusiyada azərbaycanlı silahlı basqına məruz qaldı

MAQAZİN
17:46 03.04.2013
1249

Sankt-Peterburqun Frunzensk rayonu ərazisində iki naməlum şəxs tərəfindən 26 yaşlı Azərbaycan vətəndaşına məxsus VAZ-2104 markalı avtomobil travmatik tapançadan atəşə tutulub.

AZXEBER.COM “Voditel Peterburqa” portalına istinadən xəbər verir ki, hadisə aprelin 2-si təqribən saat 10:40 radələrində Oleko Dundiç küçəsi, ev 36-nın qarşısında baş verib.Canilər daha sonra maşından içərisində sənədlər və 5 min rubl olan çantanı çıxartmağa başlayıblar. Maşın sahibi onları görüb, lakin mane olmağa çalışsa da, bu mümkün olmayıb.İlkin məlumatlara görə, cinayətkarlar istəklərinə nail ola biliblər və çantanı götürərək Moskva nömrə nişanlı “Hyundai Matrix” avtomobili ilə hadisə yerindən qaçıblar. Lakin onlar əlamətlərinə görə yaxalanıblar. Zərərçəkən canilərin xarici görünüşünü yaxşı yadında saxlayıb.Quldur basqını faktı ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi üzrə cinayət işi qaldırılıb. Cinayətdə şübhəli bilinən 30 və 50 yaşlı şəxslər onlara qarşı ittiham irəli sürülənədək həbs olunublar.

OXŞAR XƏBƏRLƏR