Zərərçəkən “təcili yardım” maşınında ölüb.
Rusiyada Şibenets kəndində silahdan açılan atəş nəticəsində əslən Azərbaycandan olan taksi sürücüsü qətlə yetirilib.
Cinayət haqqında məlumat hüquq-mühafizə orqanlarına dekabrın 18-də saat 02:42 radələrində taksi xidmətinin dispetçerindən daxil olub.
52 yaşlı zərərçəkən qarın nahiyəsindən aldığı yaradan “təcili yardım” maşınında ölüb.
Cinayətin törədilməsində şübhəli bilinən yerli sakin saxlanılıb, “Operativnoe prikrıtie” Xəbər Agentliyi məlumat yayıb.