Rusiyanın Sankt-Peterburq şəhərində bədbəxt hadisə nəticəsində 40 yaşlı Azərbaycan vətəndaşı dünyasını dəyişib.
AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, əvvəllər regional kanallarda müxtəlif vəzifələrdə çalışan Müşfiq İbrahimov Sankt-Peterburq şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində həlak olub.
Rusiya mətbuatının yazdığının görə, qəza zamanı iki nəfər dünyasını dəyişib.
M.İbrahimov əslən Quba rayonundandır, ailəlidir, 3 övladı var.