Rusiyada azərbaycanlını öz “Mercedes”ində güllələdilər

DÜNYA
16:27 04.02.2016
2796
Kişi bizneslə məşğul olurdu.
Leninqrad vilayətinin Tosnensk rayonunun Yam-İjora qəsəbəsində “Mercedes”də kişini güllələyiblər.
Qətl Moskva yolunda “Arqo” kafesinin yanında baş verib.
Hüquq-mühafizə orqanlarında ərəfədə təxminən 23:10 radələrində (Bakı vaxtı ilə 00:10) “Şevrole Laçetti” avtomobilində olan naməlum şəxslər qara “Mercedes”in sürücüsünü güllələyiblər.
Avtomobilə ən azı onlarla güllə açılıb. Onlardan altısı sükan arxasında oturan kişiyə tuş gəlib. “Laçetti” Puşkin istiqamətində irəliləyib.
Tosnensk rayonunun Ulyanovsk qəsəbəsində qeydiyyatda olan əslən Azərbaycandan olan 42 yaşlı kişi ölüb. Kişinin tərəvəz tədarükü ilə əlaqəli bizneslə məşğul olduğu ehtimal edilir.
///Oxu.az
OXŞAR XƏBƏRLƏR