"Rusiyada baş verənlər tək Azərbaycana qarşı deyil, müxtəlif ölkələrdən gələn insanlara qarşıdır "- Mixail Qusman

SİYASƏT
15:30 31.10.2013
1195

Bruliyovda baş verən qətl hadisəsi adi məişət zəmnində baş verib.

AZXEBER.COMxəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Mixail Qusman deyib.Onun sözlərinə görə, hazırda qətl hadisəsi araşdırılır və bunun nəticəsində qətldə ittiham olunan Orxan Zeynalovun günahkar olub olmadığı aydınlaşacaq.“Təəssüf ki, radikal, millətçi qüvvələr baş verən hadisələrdən Azərbaycana qarşı istifadə etməyə çalışırlar. Lakin hesab edirəm ki, Rusiyada baş verənlər tək Azərbaycana qarşı deyil, müxtəlif ölkələrdən Rusiyaya gələn insanlara qarşı yönəlib. İnanmıram ki, baş verənlər Rusiya ilə Azərbaycan arasında əlaqələrə ciddi təsir etsin”.

OXŞAR XƏBƏRLƏR