Rusiyada bir-birinin ardınca partlayışlar baş verdi

Rusiyada bir-birinin ardınca partlayışlar baş verdi
DÜNYA
11:11 30.08.2023
234
Ukrayna dünən gecə müharibə başlayandan bəri Rusiyaya qarşı ən böyük pilotsuz təyyarə hücumunu həyata keçirib.

AZXEBER.COM xəbər verir ki, son zamanlar Rusiya torpaqlarına pilotsuz təyyarələrlə hücumlarını artıran Ukrayna dünən gecə müharibənin başlamasından bu yana ən böyük pilotsuz təyyarə hücumu ilə Rusiyada böyük çaxnaşma yaradıb.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın koordinasiyalı hücumlarının qarşısının alındığını açıqlasa da, sosial mediada paylaşılan görüntülərdə hücumların bəzi bölgələrdə partlayış və yanğınlara səbəb olduğu görülüb.

Rusiya rəsmiləri gecə saatlarında infrastrukturu hədəf alan Ukrayna PUA-larının Bryansk, Orel, Kaluqa, Ryazan və Moskva vilayətlərində vurulduğunu bildirib. 

Ayşən
OXŞAR XƏBƏRLƏR