Rusiyada Bülbülün yaradıcılığına həsr olunmuş sərgi keçirilib

Rusiyada Bülbülün yaradıcılığına həsr olunmuş sərgi keçirilib
DÜNYA
09:06 08.12.2022
176
Rusiyanın paytaxtı Moskvada Azərbaycan opera müğənnisi Bülbülün anadan olmasının 125 illiyinə həsr olunmuş "Azərbaycan bülbülü” sərgisi keçirilib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, sərgidə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

"Bülbülün yaradıcılıq irsi Azərbaycan və Rusiyanı birləşdirir, iki ölkənin xalqlarını mənəvi cəhətdən yaxınlaşdırır”, - Polad Bülbüloğlu sərginin açılış mərasimində deyib.

Qeyd edək ki, sərgi Rusiya Milli Musiqi Muzeyində açılıb. Sərgidə məşhur sovet opera tenorunun həyat və yaradıcılığına dair 200-dən çox material təqdim olunub.
OXŞAR XƏBƏRLƏR