Rusiyada COVID-19-dan ölənlərin sayı 5 859 nəfərə çatıb

Rusiyada COVID-19-dan ölənlərin sayı 5 859 nəfərə çatıb
DÜNYA
12:28 07.06.2020
796
Son sutka ərzində Rusiyada koronavirusdan 134 nəfər ölüb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı məlumat yayıb.

Məlumata görə, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 859 nəfərə çatıb.

"Son sutkada 134 nəfər öldü. Bütün dövr ərzində 5 859 nəfər ölüb”, - deyə xəbərdə bildirilir.

Qeyd edilir ki, bir gün ərzində Moskvada 55, Sankt-Peterburqda 31, Moskva ətrafında 10 nəfər COVID-19-dan vəfat edib.

OXŞAR XƏBƏRLƏR