Rusiyada dərmanların apteklərə çatdırılmasında problemlər yarandı

Rusiyada dərmanların apteklərə çatdırılmasında problemlər yarandı
DÜNYA
18:58 11.01.2023
246
Rusiyada dərmanların apteklərə çatdırılmasında problemlər yaranıb.

"Roszdravnadzor" logistika problemləri və tələbatın artması səbəbindən dərmanların apteklərə çatdırılmasında gecikmələr barədə ölkə əhalisinə xəbərdarlıq edib.

"Müəyyən dərman vasitələrinə tələbatın artması ilə əlaqədar hazırda tədarükçülərin və istehsalçıların maddi-texniki problemləri səbəbindən lazımi sayda dərman vasitələrinin apteklərə çatdırılmasında müvəqqəti gecikmələr ola bilər. Eyni zamanda distribütorlar tərəfindən logistika marşrutlarının dəyişdirilməsi və dərmanların aptek təşkilatlarına operativ çatdırılması üçün tədbirlər görülür”,deyə qurumun yaydığı məlumatda qeyd olunub.
 
///APA
OXŞAR XƏBƏRLƏR