Rusiyada dizel yanacağının ixracına qoyulan qadağanın müddəti uzadılıb

Rusiyada dizel yanacağının ixracına qoyulan qadağanın müddəti uzadılıb
DÜNYA
18:18 29.08.2026
235
Rusiya hökuməti dizel yanacağı ixracına qoyulan qadağanı sentyabrın 30-na qədər uzadıb.

Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

"Qərar yerli yanacaq bazarında vəziyyətin stabil saxlanılmasına xidmət edir”, - Rusiya Nazirlər Kabinetinin məlumatında bildirilir.

Rusiyada ümumi yanacaq ixracına qadağa isə 2027-ci il yanvarın 31-ə qədər qüvvədə qalır.

///apa.az///
OXŞAR XƏBƏRLƏR