Rusiyada erməniəsilli bloqer Markaryanın həbs müddəti uzadıldı

Rusiyada erməniəsilli bloqer Markaryanın həbs müddəti uzadıldı
DÜNYA
21:56 05.11.2025
150
Moskva məhkəməsi Rusiya hərbçilərinin xatirəsini təhqir etməkdə ittiham olunan erməniəsilli bloqer Arsen Markaryanın həbs müddətini uzadıb.

Bildirilir ki, məhkəmə istintaqın vəsatətini təmin edib və Markaryanın həbs müddətini iki ay uzadıb.

Xatırladaq ki, avqustun 25-də Moskvanın Taqan Rayon Məhkəməsi Markaryanı həlak olan hərbçilərin xatirəsini təhqir etməkdə təqsirli bilərək həbs etmişdi. Bu maddəyə əsasən, onu beş ilə qədər həbs gözləyir.

/Oxu.az
OXŞAR XƏBƏRLƏR